OLİMP UAV 2015-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə sabit qanadlı PUA (Pilotsuz Uçan Aparat) texnologiyasından istifadə etməklə fəaliyyətə başlamışdır. 2017-ci ildən dənizdə və quruda neft platformalarında inspeksiya layihələri yerinə yetirmişdir. Hal-hazırda şirkət dənizdə və quruda inspeksiya, işğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı xəritəçəkmə işləri, çirklənmiş torpaqların monitorinqi, metan və digər zəhərli qazların aşkar olunması və digər layihələri müasir PUA-lar vasitəsi ilə ən yüksək keyfiyyətli kameralar və lidar texnologiyasından istifadə etməklə icra edir.

Biz nələr edirik ?
Lahiyənizi bizə etibar edin.
TƏCHİZAT
Fotoqrafiya kameraları ilə yanaşı, PUA-lar müxtəlif avadanlıqlarla, o cümlədən lidar, termal və multispektral görüntü cihazları ilə təchiz edilmişdir.
CANLI YAYIM
Sürətli müdaxilə üçün biz sizə real vaxt rejimində fasiləsiz canlı uçuş bağlantısı təqdim edirik.
LİSENZİYALAR
“OLİMP UAV” quruda və dənizdə fəaliyyət göstərmək üçün bütün lazımi PUA, pilot, tibbi, BOSIET, yolsuzluq və digər sertifikatlara malikdir.
İŞ TƏCRÜBƏSİ
9 ildən artıq təcrübəmiz müxtəlif layihələrdə sizə xidmət edə bilər. Bunlara xəritəçəkmə, quruda və dənizdə inspeksiyalar, foto və video çəkilişlər, 3D modelləşdirmə və s. daxildir.
PROQRAM TƏMİNATI
Emal prosessləri ən yeni və peşəkar proqramlarda işlənir ki, bunlar: Agisoft Metashape, Pix4D, Global Mapper, DJI Terra və digərləridir.
MOBİLİZASİYA
Geniş transport imkanları ilə “OLİMP UAV” qısa müddətdə layihə sahəsinə, tam təchizatla səfərbər ola bilir.
SÜNİ İNTELLEKT
Dronlarda süni intellekt imkanlarından istifadə etməklə canlı və ya emaldan sonra görüntülər üzərində dəyişikliklərin, eləcə də konkret obyektlərin təyini və dəqiq koordinat məlumatlarının verilməsi təşkil olunur.
İNSPEKSİYA
Biz Ümumi (GVI) və Yaxın Video Çəkilişlər (CVI) çərçivəsində inspeksiya yoxlamalarını həyata keçiririk.

MÜŞTƏRİ MƏMNUNİYYƏTİ
Gördüyümüz işlərin keyfiyyətinin göstəriciləri bizimlə tərəfdaş olan şirkət və qurumlardır.
UÇUŞ MÜDDƏTİ
Bizim pilotlarımızın ümumi olaraq 30000-dən çox uçuş saatı var

Sorğu göndərin
Layihəniz var?
Və ya
əməkdaşlıq üçün müraciət etmək istəyirsiniz?
Müştəri dəstəyi nümayəndəsi ilə danışmaq və sorğunuz barədə məlumat almaq üçün zəhmət olmasa aşağıdakı formu doldurun.
Telefon:
+994 12 567 0 567
+994 50 658 67 73
Email:
contact@olimpuav.com